190
Media və Yayım Şurası İranın “Səhər” telekanalının Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yaydığını bildirib.
Sesxeber.com bildirir ki, şuranın açıqlamasında kanalın Azərbaycan əleyhinə qərəzli və həqiqətə uyğun olmayan məlumatlar yaydığı, təxribatçı məzmunla ictimai rəyi çaşdırdığı qeyd olunub.
Bildirilib ki, Azərbaycanla bağlı hadisələrin sistemli şəkildə təhrif edilməsi və ölkə haqqında mənfi təsəvvür formalaşdırmağa yönəlmiş materialların yayımlanması səbəbindən telekanal qara siyahıya daxil edilib.