ABŞ Dövlət Katibi Marko Rubio Kubanın hazırkı siyasi rəhbərliyinin iqtisadi siyasətini və ölkədəki idarəetmə böhranını kəskin sözlərlə tənqid edib.
“Kubaya rəhbərlik edən şəxslər nə etdiklərini bilmirlər. Onlar ən təməl iqtisadi anlayışlardan belə bixəbərdirlər”. “Onlar iqtisadiyyatı müəyyən dərəcədə yaxşılaşdırmaq istəyirlər, lakin iqtisadiyyat həddindən artıq inkişaf edərsə, öz siyasi hakimiyyətlərini itirəcəklərindən qorxurlar”, – deyə Marko Rubio bildirib.
Rubionun fikrincə, Havanadakı rejim şəxsi biznes və azad bazar islahatlarına yalnız rejimə təhlükə yaratmadığı həddə qədər icazə verir ki, bu da ölkəni dərin iqtisadi böhranda saxlayır.