Sentyabrın 29-da Müqəddəs Taxt-Tacda “Səmavi dinlər” layihəsi çərçivəsində iudaizm, xristianlıq və İslam dinlərinə həsr olunmuş Azərbaycan xalçalarının sərgisi açılıb.
Sesxeber.com bildirir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.
Sərgidə nümayiş olunan üç xalça 28 qadın sənətkar tərəfindən 8 il ərzində hazırlanıb. Əsərlər sülh, mərhəmət, ədalət və dinlərarası dialoq ideyalarını əks etdirir.