Sosial şəbəkələrdə küçədə infarkt keçirən şəxsin həyatının xilas olunmasını əks etdirən görüntülər yayılıb.
Sesxeber.com bildirir ki, hadisə Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən avtobus dayanacağında baş verib.
Belə ki, marşrut avtobusu gözləyən kişinin halı qəfil pisləşib və o, yerə yıxılıb. Həmin vaxt ərazidən keçən həkim Nicat Cahangirli ona ilkin tibbi yardım göstərib və ürək masajı edib.
İlkin məlumata görə, həkimin vaxtında müdaxiləsi həmin şəxsin həyatının xilasına səbəb olub.