124
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu yığmanın təlim-məşq düşərgəsini tərk etdiyini açıqlayıb.
Sesxeber.com bildirir ki, Portuqaliya Futbol Federasiyası da futbolçunun düşərgədən ayrıldığını təsdiqləyib.
“Baş məşqçinin mətbuat konfransından və Portuqaliya Futbol Federasiyasının prezidenti ilə söhbətdən sonra milli komandanın düşərgəsini tərk etmək qərarına gəldim. Vaxtı gələndə gedişimin səbəbləri ilə bağlı həqiqəti bütün portuqaliyalılara danışacağam”, – Ronaldu bildirib.
41 yaşlı futbolçu Portuqaliya millisinə və bütün komanda yoldaşlarına uğurlar arzulayıb. Onun bu qərarının milli komandadakı karyerasını tam başa vurması demək olub-olmadığı isə hələ rəsmən açıqlanmayıb.