30
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb.
Sesxeber.com bildirir ki, sənədi Azərbaycan adından Baş prokuror Kamran Əliyev imzalayıb. Mərasim İslam Əməkdaşlıq Təşkilatının yüksək səviyyəli görüşü çərçivəsində keçirilib.
Konvensiya korrupsiya cinayətlərinin araşdırılması, məlumat və sübut mübadiləsi, eləcə də dövlətlərarası hüquqi əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Sənəd korrupsiya yolu ilə əldə edilmiş aktivlərin aşkarlanması, dondurulması, müsadirəsi və mənşə ölkəsinə qaytarılması üzrə əməkdaşlığı da əhatə edir.
Azərbaycanla yanaşı, Tacikistan da Konvensiyanı imzalayıb. Tədbirdə 40-dan çox yüksəkvəzifəli şəxs, ümumilikdə isə 250-dən artıq nümayəndə iştirak edib.