“The Guardian” nəşrinin yazdığına görə, İtaliyanın Komo şəhərinin meri Alessandro Rapineze şəhər mərkəzində velosipedlərin hərəkətini qadağan edib.
Sesxeber.com bildirir ki, sentyabr ayından etibarən qüvvəyə minəcək qərara əsasən, velosipedçilər 30 küçə boyunca məcburən piyada hərəkət etməli olacaqlar. Yerli sakinlər və siyasətçilər meri şəxsi qisas güdməkdə ittiham edirlər. Belə ki, merin özünü yaxın vaxtlarda elektrikli velosiped vurub.
Mer isə bu qərarın məhz şəxsi travmatik təcrübəsi ilə bağlı olduğunu gizlətməyib:
“İnsanlar şəxsi təcrübələrinə əsaslanaraq hərəkət edirlər və mən bu məxluqlardan biri tərəfindən vurulmağın nə demək olduğunu bilirəm.”
Qəzəblənmiş sakinlər artıq petisiya hazırlayır və etiraz aksiyaları keçirməyə hazırlaşırlar.