Türkiyənin İstanbul şəhərində güclü leysan yağışları ciddi fəsadlara səbəb olub.
Sesxeber.com xəbər verir ki, şəhərin bir sıra ərazilərini su basıb, nəqliyyatın hərəkəti iflic olub, təhsil müəssisələrində dərslərin dayandırılması barədə qərar qəbul edilib.
İstanbulda əlverişsiz hava şəraiti ilə əlaqədar sabah məktəblərdə tədris dayandırılıb. İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin səlahiyyətlərini icra edən Nuri Aslan bildirib ki, son 12 saat ərzində şəhərdə hər kvadratmetrə 100 kiloqrama yaxın yağıntı düşüb.
O, sakinləri ciddi zərurət olmadıqda evlərini tərk etməməyə, şəhər daxilində hərəkət zamanı isə ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.