Mərakeşdən olan yüzlərlə miqrant ötən gün İspaniyanın Seuta şəhərində etiraz aksiyası keçirərək burada qalmasına icazə verilməsini tələb edib.
Sesxeber.com bildirir ki, qanunsuz miqrantların əllərində İspaniya bayraqları, həmçinin “Mərakeşə qayıtmaq istəmirik” və “Biz də insanıq” yazılmış plakatlar olub.
Onların bir çoxu hazırda Avropaya keçmək imkanı gözləyərək çimərliklərdə və şəhərin kənar ərazilərində yaşayır.
İspaniya hakimiyyəti isə bildirir ki, qanunsuz miqrantların Seutada qalmasına və ya materikə keçməsinə icazə verilməyəcək.