İspaniya Milli Polisi “Tenerife” klubunun futbolçusu Xesus de Migelin ölümü ilə bağlı araşdırmaya başlayıb.
Sesxeber.com bildirir ki, bu barədə “El Día” qəzeti məlumat yayıb.
Araşdırma zamanı futbolçunun meydanda aldığı zədə və xəstəxanada vəziyyətinin ağırlaşması ilə bağlı hallar araşdırılır. İş məhkəməyə göndərilib.
Qeyd edək ki, noyabrın 2-də “Andorra” ilə oyunda rəqib qapıçı Xesus Ovono ilə toqquşan 30 yaşlı futbolçunun ürəyi dayanıb. Xəstəxanaya çatdırılan Xesus de Migel noyabrın 3-də vəfat edib.
Hadisəyə görə qapıçı dörd ilədək həbs cəzası ilə üzləşə bilər.