İrlandiyanın ilk “Oskar” mükafatı laureatı, aktrisa Brenda Friker 81 yaşında vəfat edib.
Sesxeber.com bildirir ki, bu barədə onun agenti məlumat verib.
Friker 1990-cı ildə “My Left Foot“ filmindəki roluna görə ikinci plan qadın rolu nominasiyasında “Oskar” qazanıb.
Brenda Friker karyerası ərzində 80-ə yaxın filmdə rol alıb. Onun ən məşhur obrazlarından biri “Evdə tək 2: Nyu-Yorkda itkin” filmində göyərçinləri bəsləyən evsiz qadın rolu olub.