55
“Epic Fury” əməliyyatının başlanmasından etibarən İranın ABŞ hərbi obyektlərinə həyata keçirdiyi zərbələr nəticəsində Vaşinqtona təxminən 13 milyard dollar zərər dəyib.
Sesxeber.com bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, bu müddətdə İran ABŞ bazalarına qarşı 2 mindən çox raket və pilotsuz aparat hücumu həyata keçirib. Nəticədə 8 ölkədə yerləşən 20 ABŞ hərbi obyekti zərər görüb.
Həmçinin 42 ABŞ hərbi təyyarəsinin zədələndiyi və ya məhv edildiyi bildirilir.