Dövlət Gömrük Komitəsinin inzibati binasına influenser və blogerlərin iştirakı ilə infotur təşkil olunub.
Sesxeber.com bildirir ki, tədbir gömrük xidmətinin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasının gücləndirilməsi və sosial media nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil edilib.
DGK-nın Hədəf Mərkəzində gömrük nəzarətinin təşkili, hüquqpozmalara qarşı mübarizə istiqamətində görülən işlər, tətbiq edilən layihələrdən və yeniliklərdən bəhs edilib, gömrük orqanlarının fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.
İştirakçılar, həmçinin Gömrük Tarixi Muzeyini ziyarət edərək gömrük orqanları tərəfindən müxtəlif vaxtlarda saxlanılmış tarixi əhəmiyyətli eksponatlarla tanış olublar.