28
İndoneziyanın Sulavesi adasında yaşayan toracalar olduqca ürküdücü ənənəyə sahibdirlər.
Belə ki, onlar bir neçə ildən bir vəfat etmiş yaxınlarının cəsədlərini məzarlardan çıxararaq onlarla şəkil çəkdirirlər.
Sesxeber.com bildirir ki, bu ənənə mərhumların xatirəsini yad etmək və ailə üzvlərini bir araya toplamaq məqsədi daşıyır.
Mərasim zamanı mumiyalanmış cəsədlər təmizlənir, onlara təzə paltar geyindirilir.
Daha sonra isə yenidən dəfn olunduqları yerə qaytarılırlar.