İlon Mask Terafab adlı nəhəng çip istehsalı kompleksinin tikintisinə başlayıb.
Sesxeber.com bildirir ki, Mask Texasda yerləşəcək müəssisəni planetin ən dəyərli sənaye layihələrindən biri kimi təqdim edib.
Müəssisənin sahəsi təxminən 9,3 kvadrat kilometr olacaq. Bu ərazi təxminən 1 300 futbol meydançasına və ya Moskvanın bütöv bir rayonunun sahəsinə bərabərdir.
Terafabda elektrik avtomobilləri, robotaksilər, Tesla-nın humanoid robotları, kosmik süni intellekt mərkəzləri və digər texnologiyalar üçün çiplərin istehsalı planlaşdırılır.
Layihənin dəyərinin təxminən 119 milyard dollar olacağı bildirilir. Kompleksin dəqiq istifadəyə veriləcəyi tarix isə hələ açıqlanmayıb.