10
Suriya Prezidenti Əhməd Əl Şaraa ölkədə istənilən xarici hərbi kontingentin mövcudluğunun hüquqi əsasa və parlamentin təsdiqinə söykənməli olduğunu bəyan edib.
Sesxeber.com bildirir ki, Dəməşq və Moskva arasında əldə olunan razılığa əsasən, Rusiyanın hərbi iştirakı iki bazaya qədər azaldılacaq və həmin obyektlərin Suriya hərbçiləri üçün təlim mərkəzlərinə çevrilməsi planlaşdırılır.
Əl Şaraa, həmçinin Suriyanın şimal-qərbindəki Türkiyə bazalarının sayının azaldıldığını və onların hüquqi statusu ilə bağlı Ankara ilə danışıqların davam etdirildiyini diqqətə çatdırıb.