52
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib.
Sesxeber.com bildirir ki, bununla bağlı Nazirlər Kabineti Qərar verib. Məlumatda qeyd olunub ki, əvvəlki strukturda İdarənin Aparatından əlavə səkkiz tabeli qurum fəaliyyət göstərirdisə, yeni strukturda iki tabeli qurum – Muzey və Turizm Mərkəzi və Ənənəvi İncəsənət Mərkəzi nəzərdə tutulub.
Yeni struktur çərçivəsində İdarənin Aparatında “şöbə və sektor” modelindən “departament və şöbə” modelinə keçid də nəzərdə tutulur.
Optimallaşdırma çərçivəsində İdarənin işçilərinin say həddi 430 ştat vahidindən 300 ştat vahidinə endirilib.