“İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.
“Bakı Metropoliteni” QSC-dən sesxeber.com-a bildirilib ki, köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb və qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub.
Həmin müddətdə Yaşıl və Bənövşəyi xətlərdə qatarların hərəkəti qrafikə uyğun davam edib.
QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib.