Hindistanın cənub-şərqində geoloqlar 3,5 milyard il yaşı olan süxurlarda qədim həyat izləri aşkar ediblər.
Tədqiqat zamanı süxurlarda üzvi maddələr, qrafit, dəmir və silisium birləşmələri müəyyən edilib. Alimlər hesab edirlər ki, bu çöküntülər vulkanların və ya geotermal mənbələrin yaxınlığında formalaşıb. Kəşf Yer kürəsində həyatın çox qədim dövrlərdə mövcud olduğunu və onun yaranmasının vulkanik mühitlə əlaqəli ola biləcəyini göstərir.
Sesxeber.com bildirir ki, araşdırmanın nəticələri “PNAS” jurnalında dərc olunub.
Biogen mənşəli çöküntülər Hindistanın cənub-şərqində yerləşən Bhitar-Dari bölgəsində aşkar edilib. Məqalədə qeyd olunduğuna görə, alimlər əslində, vulkanlarla qonşuluqda yerləşən aktiv dəniz ekosistemində qədim həyatın qoyduğu bütöv bir kimyəvi arxivi aşkar etməyə nail olublar. Beynəlxalq tədqiqatçılar qrupuna Hindistan Geoloji Xidmətinin elmi işçisi Trizrota Çoudhuri rəhbərlik edib.