Vətən Müharibəsi Qəhrəmanı, Quru Qoşunlarının komandanı, general-polkovnik Hikmət Mirzəyev Zəfər Günü tədbirləri çərçivəsində şəhid övladları ilə görüş keçirib.
Sesxeber.com bildirir ki, görüş zamanı general-polkovnik şəhidlərin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışıb, onlarla bağlı xatirələrini uşaqlarla bölüşüb.
Hikmət Mirzəyev şəhid övladlarına təhsil və gələcək həyatlarında uğurlar arzulayıb.
Görüşün sonunda uşaqlara hədiyyələr təqdim olunub.