Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb
Sesxeber.com bildirir ki, bu barədə C.Bayramovun “X” hesabında məlumat paylaşılıb.
“Səfər Azərbaycan və Türkiyə arasındakı güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq bağlarını əks etdirir”, – paylaşımda qeyd olunub.
Daha sonra nazirlər arasında təkbətək görüş keçirilib.