Alimlər Günəşin tarixdə ən detallı görüntülərini əldə ediblər.
Sesxeber.com bildirir ki, Havay adalarında yerləşən “İnouye” teleskopunun çəkdiyi fotolarda Günəş atmosferində ilk dəfə Kelvin-Helmhols qeyri-sabitlikləri müşahidə olunub.
Bu burulğanlar plazma axınlarının fərqli sürətlərlə hərəkəti nəticəsində yaranır. Alimlər hesab edirlər ki, bu kəşf Günəş tacının niyə səthdən milyonlarla dərəcə daha isti olduğunu anlamağa kömək edə bilər.
Məlumata görə, Günəş səthinin temperaturu təxminən 6000 dərəcə olduğu halda, tacın temperaturu 1-2 milyon dərəcəyə, bəzi aktiv bölgələrdə isə 40 milyon dərəcəyə qədər yüksələ bilir.