89
“Turan Tovuz”la yoldaşlıq oyunu üçün Bakıya gələn Türkiyənin “Fənərbaxça” klubu Azərbaycanla bağlı paylaşım edib.
Sesxeber.com bildirir ki, İstanbul təmsilçisi Azərbaycan və Türkiyə bayraqlarının yer aldığı paylaşımda “Salam, qardaş, Can Azərbaycan!” sözlərini yazıb.
Qeyd edək ki, “Turan Tovuz” – “Fənərbaxça” yoldaşlıq görüşü oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Qarşılaşma saat 20:00-da başlayacaq.