Fransa ordusu M51.3 strateji ballistik raketinin nüvə sualtı qayığından uğurlu sınaq buraxılışını həyata keçirib.
Sesxeber.com xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin Baş Silahlanma İdarəsi məlumat yayıb.
Bildirilib ki, sınaq oktyabrın 6-da “Le Vigilant” strateji nüvə sualtı qayığından, Finister sahillərindən açıq dənizdə həyata keçirilib.
Prezident Emmanuel Makron sınaqlarda şəxsən iştirak edib
Məlumata görə, raket nüvə döyüş başlığı olmadan buraxılıb. Sınaq çərçivəsində M51.3 raketinin sualtı qayığın uzunmüddətli texniki xidmətdən sonra istifadəyə hazırlığı yoxlanılıb.
Nazirliyin məlumatına görə, sınaq Fransanın beynəlxalq öhdəliklərinə tam uyğun şəkildə həyata keçirilib. M51.3 raketi 2025-ci ilin oktyabrında Fransa ordusunun operativ arsenalına daxil edilib.