Azərbaycanda əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri ilə bağlı qeydiyyatda olan şəxslərin sayı 323 min nəfəri ötüb.
Ölkə üzrə qeydiyyatda olan 323 775 nəfərin 139 334-ü Bakı şəhərinin payına düşür. Bu göstərici ilə paytaxt ölkə üzrə açıq fərqlə ilk yerdə qərarlaşıb.
Bakı rayonları arasında isə vəziyyət belədir:
Sabunçu – 25 249 nəfər
Xətai – 23 715 nəfər
Yasamal – 15 752 nəfər
Binəqədi – 15 124 nəfər
Suraxanı – 12 753 nəfər
Xəzər – 12 925 nəfər
Səbail – 11 424 nəfər
Nizami – 8 060 nəfər
Nəsimi – 5 350 nəfər
Qaradağ – 5 080 nəfər
Nərimanov – 3 855 nəfər
Pirallahı – 47 nəfər
Abşeron-Xızı iqtisadi rayonunda Sumqayıt öndədir Bu iqtisadi rayonda ümumilikdə 35 033 nəfər əsəb sistemi xəstəsi qeydiyyata alınıb.
Rəsmi statistikaya əsasən, əsəb sistemi xəstələri ilə bağlı ən yüksək göstərici Bakı və Sumqayıt şəhərləri, Şəki, Şəmkir, Sabunçu və Xətai rayonlarında qeydə alınıb. Bunun əksinə olaraq, Pirallahı, Laçın, Balakən, Samux və Babək kimi ərazilərdə qeydiyyatda olan xəstələrin sayı nisbətən azdır.
Qeyd edək ki, statistikada “əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri” üzrə göstəricilər yer alıb. Buraya sinir sistemi ilə yanaşı, göz və qulaq xəstəlikləri də daxildir.