35
Ermənistan Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamentinin əməkdaşlığı ilə yaradılan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) proqramının rəsmi Facebook səhifəsi fəaliyyətə başlayıb.
Sesxeber.com məlumata əsasən bildirir ki, səhifədə TRIPP proqramı ilə bağlı təfərrüatlar və son xəbərlər yer alacaq. Məlumatlar müxtəlif formatlarda təqdim edilərək aktuallıq və əlçatanlıq təmin olunacaq.
Səhifə Ermənistan XİN-in və ABŞ-nin Ermənistandakı səfirliyinin komandaları tərəfindən idarə olunacaq.