Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğal müddətində monastrda ermənilərin qədim kitablarının sərgisi kimi təqdim olunan və xüsusi şəkildə mühafizə edilən kitabların saxta olduğunu nümayiş etdirib.
Sesxeber.com bildirir ki, H.Hacıyev kitablarda sadəcə görünən bir səhifədə mətn və rəsm olduğunu, digər səhifələrin boş olduğunu kitabı vərəqləyərək təqdim edib.
Xatırladaq ki, diplomatik korpus nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Ağdərədə yerləşən Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər.
Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatlara monastırın işğal dövründə məruz qaldığı dəyişikliklər və memarlıq üslubuna vurulan zərərlə bağlı məlumat verib.