34
Ali təhsilli anaların övladları daha yüksək nəticə göstərir.
Sesxeber.com bildirir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev “Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125 illiyinə həsr olunan tədbirdə bildirib.
“Təhsilli qızlar təhsilli analardır”, – deyən nazir qızların təhsilinin gələcək nəsillərin uğurlarına təsir etdiyini vurğulayıb.
Əmrullayev qeyd edib ki, 4-cü sinifdə qızların nəticələri oğlanlardan yüksək olsa da, 15 yaşda vəziyyət dəyişir. O, bunu qızların sosial həyatındakı məhdudiyyətlərlə əlaqələndirib.