Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsində skuter və velosiped idarə edən şəxslərin avtobus zolağında və yolun hərəkət hissəsində yol hərəkəti qaydalarını pozaraq əks istiqamətdə hərəkət etməsi qeydə alınıb.
Sesxeber.com bildirir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi görüntülər paylaşıb.
Bununla onlar özlərini və digər hərəkət iştirakçılarını təhlükəyə ataraq qəza şəraitinin yaranmasına səbəb olublar.