22
“Mercer CFA Institute Global Pension Index”in 2026-cı il üzrə araşdırmasına əsasən, dünyanın ən güclü pensiya sisteminə malik ölkəsi Niderlanddır.
Sesxeber.com bildirir ki, 52 ölkəni əhatə edən reytinqdə Niderland 85,8 balla birinci, İslandiya 84,1 balla ikinci, Danimarka isə 84 balla üçüncü yerdə qərarlaşıb.
İlk onluğa Sinqapur, İsrail, Avstraliya, Çili, İsveç, Finlandiya və Norveç də daxil olub.
ABŞ 61,6, Çin 60,6, Yaponiya 58, Türkiyə isə 46,6 bal toplayıb.
Araşdırmada pensiya sistemləri ödənişlərin adekvatlığı, uzunmüddətli dayanıqlılıq, idarəetmə və şəffaflıq meyarları əsasında qiymətləndirilib.