Dubay–Tel-Əviv reysi üzrə fövqəladə vəziyyət yaşanıb.
Sesxeber.com “Associated Press”in məlumatına əsasən bildirir ki, “Flydubai” təyyarəsində pilotlardan biri təyyarəni təhlükəli şəkildə aşağı endirməyə çalışıb. “Flightradar24″ün məlumatına görə, Dubaydan İsrailə uçan təyyarə 30 saniyə ərzində 4300 metr hündürlük itirib.
Pilotlar arasında daha sonra fiziki qarşıdurma yarandığı, sərnişinlərin ekipaja kömək etdiyi bildirilir.
İnsident zamanı “Flydubai” təyyarəsində 150-dən çox sərnişinin olub. Hadisə səbəbindən təyyarə Səudiyyə Ərəbistanının Tabuk şəhərinə məcburi eniş edib.