39
Bu ilin yanvar–iyul aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 102,3 milyon manat vəsait ödənilib.
Sesxeber.com bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 milyon manat və yaxud 7,8 % çoxdur.