11
Çin “SatNet” sistemində 29-cu aşağı orbitli internet peykləri qrupunu uğurla orbitə çıxarıb.
Sesxeber.com xəbər verir ki, CZ-12 (“Long March”-12) Haynan adasındakı kommersiya buraxılış məntəqəsindən buraxılıb.
Peyklər təyin olunmuş orbitlərə çatdırılıb və buraxılışın uğurlu olduğu elan edilib.
Məlumata görə CZ-12 təxminən 5 000 kilonyuton qaldırma gücünə malikdir. Uzunluğu 62 metrdir. Raket 700 km hündürlükdə günəş-sinxron orbitə azı 6 ton faydalı yük yerləşdirməyə qadirdi