Pekin və Vaşinqton ticarət-iqtisadi məsləhətləşmələr zamanı Çinin 2027 və 2028-ci illərdə ABŞ-dan kömür idxalının şərtləri ilə bağlı razılığa gəliblər.
Sesxeber.com bildirir ki,bu barədə Çinin Ticarət Nazirliyinin bəyanatında deyilir.
“Gözləyirik ki, birgə səylər nəticəsində Çin və ABŞ arasında kömür sənayesi sahəsində əməkdaşlıq bundan sonra da dərinləşəcək və qarşılıqlı faydalı nəticələrin əldə olunmasını təmin edəcək”, – deyə Çin Ticarət Nazirliyinin bəyanatında bildirilir.
Çin Ticarət Nazirliyinin açıqlamasına görə, kömür hər iki tərəfin tarifləri azaltmaq barədə razılaşdığı 30 milyard dollarlıq mallar siyahısına daxil ediləcək. Bu, ABŞ-dən Çinə kömür idxalını təşviq etməklə yanaşı, Amerika kömür sənayesinə gəlir və iş yerləri qazandıracaq, ikitərəfli ticarətin sabitləşməsinə və genişlənməsinə töhfə verəcək.
“Bu, 2027 və 2028-ci illərdə ABŞ-dan Çinə kömür idxalına şərait yaradacaq. Amerika kömürünün idxalı Çinin daxili kömür bazarını sərfəli şəkildə tamamlayır, eyni zamanda ABŞ-ın kömür sənayesi üçün sabit iqtisadi gəlirlər və iş yerləri təmin edir ki, bu da ikitərəfli ticarətin sabitləşməsinə və genişlənməsinə kömək edir”, – deyə sənəddə qeyd olunur.