Azərbaycandan qayıdan Ceki Çan aldığı bəzi hədiyyələri nümayiş etdirib.
Sesxeber.com bildirir ki, bu dəfə Bakıda ona hədiyyə edilən nərdtaxtanın görüntüləri yayılıb. Aktyor hədiyyəni açarkən təəccübünü gizlədə bilməyib.
Xatırladaq ki, “Tanrının yaraqları 4: Ultimatum” filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir.