”Güclü süni intellekt sistemlərinin hazırlanması bəşəriyyət üçün fəlakətli nəticələrə, hətta onun yox olmasına səbəb ola bilər”.
Sesxeber.com bildirir ki, bunu britaniyalı-kanadalı alim və fizika üzrə Nobel mükafatı laureatı Ceffri Hinton bildirib.
O, superintellektin təhlükəsiz yaradılması və nəzarətli istifadəsinin mümkünlüyü ilə bağlı elmi razılıq əldə olunana qədər onun hazırlanmasını təxirə salmağa çağırıb.
“Onun təhlükəsiz şəkildə hazırlanması və nəzarət altında istifadəsi imkanlarına dair elmi konsensusun olmadığı bir şəraitdə hazırda superintellektin hazırlanması son dərəcə ağılsızlıq olardı”, – alim deyib.