77
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bəzi publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri üçün aylıq vəzifə maaşları müəyyən edilib.
Sesxeber.com bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılmış publik hüquqi şəxslərə tabe olan, dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbərlərinin aylıq vəzifə maaşı 3600 manat müəyyən edilib.
Həmin qurumların rəhbər müavinləri isə aylıq 3115 manat vəzifə maaşı alacaqlar.