93
2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.
Sesxeber.com bildirir ki, tam Günəş tutulması olacaq astronomik hadisə bir sıra ölkələrdən müşahidə ediləcək.
Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq və 23:57-də başa çatacaq. Tutulmanın maksimum fazası saat 21:46-da qeydə alınacaq. Ümumilikdə təxminən 5 saat davam edəcək hadisə zamanı Günəş diskinin tam örtülməsi təqribən 7 dəqiqə çəkəcək.
Azərbaycandan isə bu tutulmanı müşahidə etmək mümkün olmayacaq.
Ölkəmizdən müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş verən qismən Günəş tutulması olub.
Azərbaycandan növbəti müşahidə edilə biləcək tutulma 2 avqust 2027-ci ildə baş verəcək.