Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Sesxeber.com “Azərişıq” ASC-nin məlumatına əsasən bildirir ki, sentyabrın 11-də təmir işləri ilə əlaqədar Yasamal və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Yasamalda saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, İsmayıl Talıblı, Ümid Əkbərov və Vasif Əliyev küçələrinin bir hissəsində işıq olmayacaq.
Abşeronda isə Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərində saat 09:30-dan 17:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.
Bundan başqa, saat 10:00-dan 17:00-dək Xırdalan şəhərinin Həsən Əliyev, Masazır qəsəbəsinin Rafiq Dünyamalıyev küçələrində, həmçinin Ceyranbatan gölünün yuxarı ərazisi və Yeni Saray yolunun sağ və sol hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa ediləcək.