23
Dünya bazarında “Brent” markalı neftin bir barelinin qiyməti 100 dollardan aşağı enib.
Sesxeber.com “Reuters” agentliyinin məlumatına əsasən bildirir ki, dünən Bakı vaxtı ilə saat 20:58-də “Brent” markalı neftin yanvar fyuçersləri 9,27 dollar və ya 8,9 faiz ucuzlaşaraq 94,29 dollara düşüb. Bu, sentyabrın 4-dən bəri ən aşağı səviyyədir.
ABŞ-nin Qərbi Texas (WTI) markalı neftinin qiyməti isə 7,44 dollar və ya 7,8 faiz azalaraq bir barel üçün 88,54 dollar təşkil edib.
Qiymətlərin enməsinə ABŞ və İran arasında müharibənin başa çatması ilə bağlı gözləntilər, eləcə də Yaxın Şərqdən neft tədarükünün bərpası təsir göstərib.