88
YAP Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı vəsatət qaldırılmasını məqsədəuyğun hesab edib.
Sesxeber.com bildirir ki, Mehdiyev “İstiqlal”, “Şərəf”, “Şöhrət” və “Heydər Əliyev” ordenləri ilə təltif olunub.
Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətə görə məhkum edilən şəxs məhkəmənin qərarı ilə dövlət təltifindən məhrum edilə bilər.
Qeyd edək ki, Ramiz Mehdiyev dövlətə xəyanət və digər maddələrlə ittiham olunur. Hazırda onun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində qapalı iclasda araşdırılır.