16
Böyük Britaniya İrandakı bütün diplomatik heyətini təxliyə edib.
Sesxeber.com bildirir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir:
“Regional gərginlik və təhlükəsizlik vəziyyəti ilə bağlı yenilənmiş məlumatlara görə, Britaniya heyəti müvəqqəti olaraq İrandan çıxarılıb”.
Britaniyanın “The Sun” qəzeti qeyd edir ki, Britaniya hökuməti əvvəllər səfiri və konsulluq işçilərini təxliyə etmiş və o vaxtdan bəri diplomatik fəaliyyətlərini uzaqdan həyata keçirir.
Tehranda kimin qaldığı və neçə nəfərin təxliyə edildiyi hələ də məlum deyil.