76


Belçikalı fəhlələr Sint-Gillis-Dendermonde şəhərində zirzəminin təmiri zamanı keçmiş pivə zavodunun divarında gizlədilmiş xəzinə aşkarlayıblar.
Sesxeber.com bildirir ki, xəzinəni 18 yaşlı fəhlə həmkarı ilə birlikdə aşkarlayıb. Onlar dərhal polisə məlumat veriblər.
Xəzinənin içərisində 49 nömrələnmiş qızıl külçə və təxminən 4 000 qədim sikkə olub. Tapıntının ümumi dəyərinin 9 milyon avro olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları xəzinənin mənşəyini və onun kimə məxsus olduğunu müəyyənləşdirməyə çalışırlar.
