77
Birləşmiş Ərəb Əmirliklərinin hökumətinə məxsus, “Royal Jet” şirkətinin istismar etdiyi “Boeing 737-700 BBJ” təyyarəsi İrana ardıcıl iki qısa uçuş həyata keçirib.
Sesxeber.com bildirir ki, avqustun 11-də təyyarə Əbu-Dabidən Tehran istiqamətinə uçub və təxminən bir saat ərazidə qalıb.
Avqustun 12-də isə eyni təyyarə Tehrandan təxminən 40 kilometr qərbdə yerləşən Kərəc/Pəyam hava limanına enib. Təyyarə burada cəmi 30 dəqiqə qaldıqdan sonra havaya qalxıb.
Sosial mediada təyyarənin İrana nağd pul apardığına dair iddialar yayılıb. Lakin bu iddia ilə bağlı rəsmi təsdiq yoxdur.