36
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Bakı Ermənistanla sülh sazişini yekunlaşdırmağa hazırdır.
Sesxeber.com bildirir ki, nazirin sözlərinə görə, İrəvan sazişin imzalanması üçün müxtəlif tarixlər açıqlayır və Azərbaycan Ermənistan rəsmilərinin bütün bəyanatlarını diqqətlə izləyir.
Bayramov vurğulayıb ki, Azərbaycan Vaşinqton sammitində xoş niyyət nümayiş etdirib və sülh prosesinin real nəticələr verməsi üçün birtərəfli addımlar atıb.
O əlavə edib ki, Ermənistan daxilində baş verən proseslər də diqqətdə saxlanılır. Nazir sülhün həm Azərbaycan, həm də Ermənistan cəmiyyəti üçün vacib olduğunu qeyd edib.