29
Oktyabrın 30-da Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sesxeber.com bildirir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, buna səbəb magistral qaz kəmərində aşkarlanan qaz sızmasının aradan qaldırılmasıdır.
Təmir işləri ilə əlaqədar saat 10:00-dan başlayaraq işlər yekunlaşanadək hər iki rayonun bir sıra küçələrində qazın verilişi dayandırılacaq.