Bakının Suraxanı və Binəqədi rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Sesxeber.com bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, oktyabrın 14-ü saat 08:00-dan Suraxanı rayonunun Hövsan qəsəbəsində Elvin Əlimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.
Binəqədi rayonunda isə Binəqədi şossesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində oktyabrın 15-i saat 08:00-dan qismən, oktyabrın 16-sı saat 23:00-dan isə tam məhdudiyyət tətbiq ediləcək.
Sürücülərdən nəqliyyat sıxlığının yaranmaması üçün alternativ yollardan istifadə etmələri və hərəkət zamanı diqqətli olmaları xahiş olunur.
