148
Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Sesxeber.com “Azərişıq” ASC-dən verilən məlumata əsasən bildirir ki, oktyabrın 1-də transformator məntəqələrində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Məhdudiyyət Bəxtiyar Vahabzadə, Məhəmməd Hüseyn Şəhriyar, Süleyman Dadaşov, Şəfayət Mehdiyev küçələrini və İkinci Alatava yaşayış massivinin bir hissəsini əhatə edəcək.
Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq.