Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt ərazisində yeni svetoforların quraşdırılması, eləcə də zəruri ərazilərdə mövcud svetofor obyektləri və dirəklərinin yeniləri ilə əvəzlənməsi işləri davam etdirilir.
Sesxeber.com bildirir ki, görülən işlər çərçivəsində Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ilə Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsində yeni svetoforlar quraşdırılıb.
Qeyd olunan kəsişmədə nəqliyyat vasitələrinin hərəkətində yaranan sıxlıq və qəza riskləri nəzərə alınaraq, Mərkəzin əməkdaşları tərəfindən simulyasiya proqramından istifadə edilməklə təhlillər aparılıb.
Nəticədə kəsişmədə 3 ədəd “L” və 3 ədəd “A” tipli olmaqla, ümumilikdə 6 dirək üzərində nəqliyyat və piyada svetoforları quraşdırılıb.