Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsində nəqliyyat hərəkətinin yenidən təşkili planlaşdırılır.
Sesxeber.com bildirir ki, AAYDA-nın layihəsi çərçivəsində burada tunel tipli yolötürücüsü, dairəvi yolayrıcı və Qaradağ istiqamətində yan yol yaradılacaq.
Layihə ilə nəqliyyat axınlarının ayrılması, kəsişmə və gecikmələrin azaldılması, həmçinin piyadalar üçün təhlükəsiz infrastrukturun yaradılması nəzərdə tutulur.
Yeni qovşağın 20 Yanvar, Şamaxinka və Qaradağ istiqamətlərində nəqliyyat axınlarına təsir edəcəyi bildirilir. Layihə 2025–2030-cu illər Dövlət Proqramındakı 24 yol layihəsindən biridir.